Qlobal Səhifə

Neymar Jr's Five haqqında

Neymar Jr's Five turnirinə xoş gəlmisən! Bem vindo!

Red Bull Neymar Jr's Five mənim beş-beşə turnirimdir. Mən tək ehtirasımı – futbolu qeyd etmək üçün dünyanın hər yerindən oyunçuları bir araya gətirmək istəyirəm. Bu, Yer kürəsinin dünyanın altı qitəsindən olan ölkələrdə, o cümlədən vətənim Braziliyada və Paris Saint-Germain komandasında oynadığım, Fransada da keçirilən sürətli, texniki və əyləncəli bir yarışmadır.

Qaydalar? Sadədir. Hər oyun 10 həyəcan dolu dəqiqədən ibarətdir. Oyunda qapıçı olmur və bir komanda qol vurduğu təqdirdə, digər komanda bir oyunçusunu itirir. Braziliyada keçiriləcək dünya finalına vəsiqə qazanmaq üçün siz bütün komandalara qalib gəlməlisiniz. Builki turnir 16 – 25 yaşlarında beş-yeddi oyunçudan ibarət komandalar üçün açıqdır. Komandalar özlərinə 25 yaşdan yuxarı iki veteran seçə bilərlər.

Bu il biz artıq üçüncü ilinə qədəm qoyan qadınlardan ibarət yarışla birlikdə Red Bull Neymar Jr's Five oyununun 5-ci nəşrini qeyd edirik! Ümumilikdə, dünyanın 75 ölkəsindən və 6 qitəsindən 400,000-dən çox oyunçu dünya çempionu adını qazanmaq uğrunda mübarizə aparmaq üçün oyun iştirakçısı olub. Keçən il iki komanda kortları və kütlələri qazandı: Macarıstandan olan oğlanlar və Slovakiyadan olan qızlar.

Red Bull Neymar Jr's Five 2020-ci ildə yenidən bir partlayış yaradacaq və mən bilirəm ki, burada ilk dəfə və ya yenidən iştirak etdiyindən asılı olmayaraq, sən də mənim kimi orada olmaq, güclü oyunçulara qalib gəlmək və Milli Finalda mən və dostlarımla üz-üzə gələrək, üstünlük qazanmaq üçün həyəcanlısan. Komandanı topla və dostlarınla birlikdə Braziliyanın Praya Qrande şəhərindəki Projeto Neymar Jr İnstitutunda keçiriləcək Dünya Kubokunda iştirak et!

Təşəkkürlər və Xoş Əyləncələr!
Neymar Jr

Logo injr black 300x122 Signature 292x300

2019 WORLD CHAMPIONS

Zsírkréták

Dünya Çempionalrı

2019 mixed winners
Hu

Spartak Myjava

Qadınlar arası Dünya Çempionatı

2019 female winners
Si